14 İyun 2018 00:55
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlətlər var ki, onun gücü başçısındadır. Nursultan Nazarbayev Qazaxıstanın müasir tarixini yaradan və bütün sahələr üzrə gələcək inkişafının təməlini qoyan liderdir''.

Teleqraf.com xəbər verir ki, bu sözləri prezidentinictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən "Nursultan Nazarbayev. Həyat Yolu" kitabının Azərbaycan dilində nəşrinin təqdimatında deyib. Yeni nəşrdən çıxan kitab bu gün ictimaiyyətə təqdim edilib.

Qazaxıstan prezidentin həyatından bəhs edən kitab Azərbaycan dilində nəşr edilib. Heydər Əliyev Mərkəzində təqdim edilən "Nursultan Nazarbayev. Həyat yolu" kitabının ön sözünü yazan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, kitabın ərsəyə gəlməsində Prezident Administrasiyası birbaşa təşəbbüskardır və bu kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin həyatı və keyfiyyətləri ilə tanış edəcək. Prezidentin köməkçisi Azərbaycanla Qazaxıstan dövləti arasında əlaqələrin yüksək səviyyədə olduğunu və Türkiyədən sonra Azərbaycanın ən çox yatırım qoyduğu dövlətin məhz Qazaxıstan olduğunu bildirib.

Tədbirin digər çıxışçıları da Azərbaycan və Qazaxıstan əlaqələrindən və xalqlarımızın ortaq dəyərlərindən söhbət açıblar.

Daha sonra çıxış edən kitabın layihə rəhbəri və müəllifi, Qazaxıstan Prezident Dəftərxanasının rəisi Mahmud Kasımbekov bildirib ki,Azərbaycanda olduğu kimi, Nursultan Nazarbayev də müstəqilliyin ilk illərində xalqı daxili müharibədən qurtara bilib.

Rəsmi təqdim etmənin sonunda Qazaxıstandan gələn musiqi qrupu konsert proqramı ilə çıxış edib.


Müəllif: Teleqraf.com