14 İyun 2018 14:25
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində Rustavi və Marneulidə bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinin iştirakı ilə Rustavi şəhərində Heydər Əliyev adına parkda ümummilli liderin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra Fuad Muradov Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın evində təşkil edilən anım günündə iştirak edib. Görüşdə aşığın xatirəsi yad edilib, onun məktəbinin davamçısı olan aşıqların çıxışları dinlənilib. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin qonşu Gürcüstana səfəri bu ölkənin mətbuatında da geniş işıqlandırlıb.Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər