“Quql” şirkəti neyron şəbəkə yaradıb. O, tibb kitabçasındakı məlumatları analiz edərək insanların ölüm tarixini müəyyən edir.
Teleqraf.com “Bloomberg”ə istinadən xəbər verir ki, texnologiya artıq iki yüz min xəstənin üzərində sınaqdan keçirilib.
Sınaqlar zamanı həkimlər süd vəzisi xərçəngindən əziyyət çəkən bir qadının ölmə ehtimalını 9,3% olduğunu bildiriblər. Ancaq kompüter bunu 19,9% -ə qədər yüksəldib. Qadın 10 gün sonra vəfat edib.
Qeyd edək ki, texnologiya təkcə ölüm tarixini deyil, həm də müxtəlif xəstəliklərin peyda olma vaxtını da müəyyən edə bilər.
Həkimlərin şərhinə əsasən, neyron şəbəkəsi böyük həcmdə vaxta qənaət etməyə imkan verir. Çünki müalicəyə gələn xəstə haqqında əlavə informasiyanı təhlil etməyə ehtiyac olmur.