21 İyun 2018 11:51
3 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum Prezident Əbülfəz Elçibəyin nəvəsi məzun olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli özünün Feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, Elturan Bilgə Xaqan litseyindən məzun olub:

“Elturan Türk Dünyasının tığını kimi şərəfli bir adla səhnəyə dəvət ediləndə çox duyğulandıq. Əminəm ki, babaları Elçibəy və Həbib müəllimin ruhları şad oldu. Allah hər kəsə ağıllı, tərbiyəli və ləyaqətli övlad nəsib etsin”.

Qeyd edək ki, Əbülfəz Elçibəyin qızı Çilənay xanım uzun illərdir ki, ailəsi ilə birlikdə Türkiyədə yaşayır.


Müəllif: Cavad