28 İyun 2018 11:29
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərovanın ailəsində ağır itki baş verib.

Teleqraf.com. xəbər verir ki, aktrisanın analığı Südabə xanım vəfat edib. Bu barədə Xalq artisti instaqramda məlumat verib. Həmidə Ömərova sosial şəbəkədə analığı ilə şəklini paylaşıb və acısını belə ifadə edib:

“Yubileyinə hazırlaşırdıq... Südabə ana, bacı-qardaşlarımın anası, mənim ikinci anam. Gülərüz, xoşxasiyyətli, təvazökar, mehriban anamız. Arzumuz ürəyimizdə qaldı. İkinci anam, atamın ikinci ailəsinin ömür-gün yoldaşı. Ən əsası gözəl insan... Anam rəhmətlikdən sonra arxa-dayaq bildiyim ikinci anam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər