Mingəçevir Elektrik Stansiyasında baş verən qəza nəticəsində yaranmış vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb.