18 İyul 2018 21:49
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Teleqraf.com Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək.

Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

“Etibarlı tərəfdaş” hərbi təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.


Müəllif: Teleqraf.com