21 İyul 2018 15:23
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Media Forumunda 1-ci panel başa çatıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin "Akşam" qəzetinin köşə yazarı Emin Pazarcının sədrliyi ilə aparılan paneldə mövzu ətrafında müzakirələr aparılıb. Pazarcı iki ölkə arasında münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu deyib.

“Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə-Azərbaycan” panelində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Türkiyənin 15 iyul hadisələrindən üzüağ çıxdığını qeyd edib: “Bunu xarici qüvvələr etdi. Təbii ki, bu, davamlı olmayacaq. Türkiyə 15 iyul hadisələrindən üzüağ çıxdı. Hansı səbəbdən? Xalqın birlik olmasından”.

"Kanal 7" telekanalının Ankara təmsilçisi Mehmet Acet bildirib ki, Azırbaycan-Türkiyə münasibətləri öz mahiyyətinə görə bənzərsizdir: "Türkiyə-Aərbaycan münasibətlərinə qoşulmaq istəyən ölkələr var. Lakin nə qədər diplomatik əlaqələr aparılsa da siyasi sferada Azərbaycan-Türkiyə münasibətlərinə bənzər əlaqələr yoxdur. Bu, özü də onu göstərir ki, iki ölkənin möhkəm münasibətlərinin qurulması üçün tarixi, mədəni əlaqələr, cəmiyyətin ortaq maraqları, ölkənin siyasi marqları üst-üstə düşməlidir. Türkiyə Azərbaycan arasında mənafe güdmək yoxdur. İstənilən mövzuda hər iki tərəf çalışır ki, ortaq maraqlar öndə tutulsun və ölkələr arasında siyasi sferada aim liderlik və nümunəvi münasibtlər qorunsun".

İkitərəfli münasibətləri dəyərləndirən "Yeni şafak" qəzetinin baş redaktoru Hasan Öztürk Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirib: "FETO - adlanan təşkilat Türkiyəni parcalamağa cəhd gosterdi. Bu kimi cəhdlər tarix boyu olub. Türkiyə xalqını bölmək, Azərbaycanla Türkiyə arasındakı münasibətlər kölgə salmaq istəyi güclüdür. Dünya ölkələri bilir ki, türkə qalib gəlməyin tək yolu türkü-türkü qırdırmaqdır. Onlarən bizə gücü çatmaz. Biz isə bir-birimizdən heç zaman zərbə gözləmirik. Bir millət iki dövlət deməyimizi boş yerə deyil. Bu gün Gəncə hadisələrində də bənzər situasiyanın yaşanması onu göstərir ki, Azərbaycana qarşı da təxribatlar davam edir. Lakin iqtidarla xalq birgə olmalıdır. Türkiyə hər zaman Azərbaycann yanındadır. Türkiyə hər zaman baş verənlərin həqiqi üzünü ictimaiyyətə çatdıracaq. Ona görə 15 iyul və Gəncə hadisələri zamanı xalqın birlikdə olması və təxribatlara qarşı tədbir görməsi baş verə biləcək faciələrin qarşısını aldı. Biz birlik olduğumuz müddətcə nə FETÖ, nə də digər qüvvələr heç nəyə nail ola bilməyəcək. Media bu istiqamətdə diqqətli olmalı və daim bir-birinə sayqı ilə yanaşmalıdır".

Paneldə çıxış edən "Akit" qəzetinin Ankara təmsilçisi Hacı Yakışıklı və Rusiya-Türkiyə Şurasının üzvü İvan Starodubtsev panelin mövzusu ilə bağlı fikirlərini çatdırıblar. Panelin yekununda mövzuya dair diskussiya aparılıb.

***

12:42

"Bu gün İslam Ölkələrinin həmrəyliini yaratmaq, islam dəyərlərinin təbliğatını gücləndirmək, sivilizasyaların beynəlxalq jurnalistlərlə əlaqəli şəkildə işıqlandırıması, islam dövlətlərinin düşmənçiliyinin qarşısının alınmasına yönələn tədbirlərin görülməsi və s. İslam Konferansı Təşkilatına Üzv Dövltlərin Jurnalistlər Assosasiyasının əsas məqasədlərindən biridir".

Teleqraf.com xəbər verir ki, İslam Konfransı Təşkilatına üzv dövlətlərin jurnalistləri assosiasiyasının sədri Fazil Abbasov deyib.

Onun sözlərinə görə, islam ölkələrində baş verən olayların obyektiv işıqlandırılmasında medianın rolu böyükdür:

"Biz Misir və İordaniya jurnalistlərinin Qarabağ həqiqətləri haqqında yazılarını Azərbaycan türkcəsinə tərcümə etmişik. Bu gün Türkiyə və Azərbaycanın media nümayəndələrinin həmrəy çalışmaları təqdirəlayiqdir. Bu hər iki ölkə üçün misilsiz addımdır. Hər kəsə öz təşəkkürmü bildirərəm".

Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb:

“Anadolu Yayınçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx əlaqələr qurmağa çalışacağıq. Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. İnanın ki, Türkiyədə kimdən Azərbaycanı soruşsan, çox böyük hörmət və sevgi ilə danışır. 15 iyul hadisəsində Aqil Ələsgərlə birlikdə Konya şəhərində idik. O gecə xain FETÖ üzvləri bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstək oldu. Bu mübarizədə yanımızda oldu və düşmən qüvvələrin cəmiyyətdə xalqı dövlətə qarşı qaldırma cəhdləri yarıda qaldı. Bütün bunlar media mənsubları arasındakı sevginin də özəyini təşkil edir. Son olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Mətbuat Günü münasibəti ilə meia nümayəndələrini təbrik edir, birlikdə daha böyük uğurlara imza atmalarını arzu edirəm".

Azərbaycan Turizm Xidmətləri sədrinin köməkçisi Kənan Qasımov bildirdi ki, turizm sahəsində də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür:

"Biz Türkiyənin Turizm Nzirliyi ilə iki ölkə arasındakı əlqələri genişləndirmək üçün danşıqları davam etdiririk. Hər iki ölkə vtəndaşlarının qarşılıqlı şəkildə turizm sahəsinə maraq yaratması, ölkənin tarixi və mədəni münasibətləri haqqında geniş informasiyaya sahib olması, eləcə də istirahətlərini təmin etməsi üçün layihələr hazırlanır. Yaxın gələcəkdə bu layihələri gerçəkləşdirəcəyik".

Türkiyəin "Axşam" qəzetinin köşə yazarı Emin Pazarcı isə bildirib ki,iki ölkə arasında münasibətlərin təməli tariximizdən gəlir:

"Türkiyədə istənilən tarixi hadisədə bir Azərbaycan xatirəsi vardır. Eləcə də sizin ölkənin tarixində. Tarix boyu bir-birinə kömək edən, dəstək olan iki ölkə media sahəsində də bu birliyi nümayiş etdirəcək. 15 iyul hadisələri, son günlərdə Azərbaycana baş veən Gəncə hadisələri zamanı biz bu birliyin şahidi olduq. Hadisələrin düzgün çatdırılması onların düzgün analiz və qəbul edilməsi ilə bağlıdır. Bu səbəbdən bir-birinə tarixi, mədəniyəti ilə bağlı olan iki ölkəni bir-birinə qarşı qoymaq mümkün deyil. Bu konfransın təşkil edilməsində əməyi keçən hər kəsə uğurlar arzu edirəm".

***

10:57

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxış edərək tədbirin keçirilməsində əsas məqsədindən danışıb.

Publika.az-ın xəbərinə görə, o deyib ki, Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində silsilə tədbirlər keçirilir: "Anadolu” Yayınçılar Dərnəyi ilə “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan bu Forum sayca üçüncüdür. Forumun təşkilində əsas məqsəd qardaş iki ölkənin mediası arasında əlaqələrin daha da gücləndirilməsi, inteqrasiyanın sürətləndirilməsidir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görürük. Bu Forum da həmin tövsiyədən irəli gələn tədbirlərimizdəndir".

Aqil Ələsgərin sözlərinə görə, tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək: "Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov internet meiasının yeniləndiyini və informasiya mübadiləsinin olduqca sadələşdiyini bildirib.

O, sözlərinə belə davam edib:

"Artıq dünyanın ən böyük aparıcı qəzetləri belə sosial media üzərindən öz fəaliyyətlərini göstərirlər. Biz mümkün qədər bu siyasətdən ölkəmizin inkişafı üçün istifadə edirik. Lakin bu sosial media üzrindən ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Amma biz bu istiqamətdə mümkün qədər ciddi addımlar atırıq, diaspor fəaliyyətini güclndirmişik. Ermənistan və Azərbacan arasında uzun illərdir davam edən proseslərin fərqli aspektlərdən təsvir edilməsi də bu bu mübarizəyə aiddir. Son günlər bu istiqamətdə gedən fikir mübailəsinə "Andolu" agentliyi tərəfindən reaksiya gəldi və bu proseslərin əsl həqiqətləri həm türk meiasında, həm də Azərbaycan mediasında öz əksini tapdı. Ümid edirəm ki, iki qardaş ölkə arasındakı münasibətlər media üzərindən də güclənəcək. Bunu həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti daim öz çıxışlarında qeyd edir. Son günlər ölkəmizdə baş verən hadisələrlə bağlı Türkiyə mediasının dəstəyi, yanlış informasiyaları deyil, məsələnin bütün aspektlərdən araşdırılmış formada yayımlanması onların bizə olan dəstəyidir. Təbii ki, bu, Türkiyədə 15 iyul hadisələri ilə müqayisə edilə bilməz, amma hər iki hadisə ölkənin sabitliyinn pozulmasına yönəldiyi üçün bu çətin zamanda iki ölkənin bir-birinə dəstəyi çox dəyərlidir".

***

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, "Qafqaz Bakı” hotelində keçirilən tədbirdə Türkiyə, Avropa və Azərbaycanın millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edir. Türkiyənin 40 nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gəlib.

Ötən gün forumun iştirakçı heyətini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov qəbul edib.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Avrasiya Jurnalistlər Dərnəyinin qurucu sədri Murad Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

Beynəlxalq Media Forumunun panellərində “Axşam” qəzetindən Emin Bazarcı, “Kanal 7″dən Məhmət Acet, İbrahim Ərdoğan, “İnternet Xəbər”dən Hadi Özişıq, “Hürriyət” qəzetindən Dəniz Zeyrək, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ölkə TV”dən Həsən Öztürk, “Kanal 24″dən Məlik İgidəl, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmaçı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.


Müəllif: Könül