11 Avqust 2018 15:58
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, iməcilikdəTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin,“AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri, ictimaiyyət təmsilçiləriiştirak edib.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 kub metr tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən ekoloji aksiya və tədbirlərdə fəal iştiraklarına, yaxından əməkdaşlıqlarına görə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin fəaliyyətini ETSN xüsusi vurğulayır və təşəkkürünü bildirir.

Belə aksiyalar Xəzər dənizinin Azərbaycana aid olan şimaldan cənuba qədər bütün sahil zolağı boyunca həyata keçirilir.

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.


Müəllif: Teleqraf.com