13 Avqust 2018 11:50
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər gərginlik içərsindədirlər.

Teleqraf.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Ekspertin sözlərinə görə, Tibb Universitetinin qəbul planınında 200-dən çox yerin ixtisar olunması, təhsil haqqının 4000-4500 manata qaldırılması uşaqları çıxılmaz vəziyyətə salıb:

“Şəhər məktəblərini bitirib, 600-dən yuxarı bal toplayan abituriyentlərin böyük kəsimi elə düşünür ki, rayon məktəblərini bitirənlər yüksək təhsil haqqından imtina edəcəklər və nəticədə onların şansı artacaq. Qardaş Türkiyədə azı 30 universtetin tibb ixtasaları bir-biriləri ilə rəqabət aparır. Ölkədə isə tibb ixtisasları ancaq Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində cəmlənib. Abituriyentlər başqa ölkələrdə tibb ixtisasına daxil olmağın yollarını axtarırlar. Demək olar ki, alternativ yoxdur. Alternativlər olmadığına görə rəqabət mühiti yoxa çıxır”.


Müəllif: Mənsur Rəğbətoğlu