18 Avqust 2018 07:35
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda itkin düşən "ayıq sürücü" xidmətlərdən birində işləyən 26 yaşlı gəncdən xəbər var.

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fərəc Fədai oğlu Sərvanuş itkin düşməsi barədə mətbuatda gedən məlumatlardan sonra anası ilə əlaqə saxlayıb. Ancaq harda olduğunu deməyib.

Məhbubə Tahirova bildirir ki, o səhər saatlarında yenə telefon əlaqəsi saxlayıb. Bu dəfə açıq nömrədən zəng edən Fərəc bildirib ki, itkin düşməyib. Həmçinin anasına deyib ki, polisdən axtarışların dayandırılması xahiş edilsin. Anası Məhbubə Tahirova isə onun ətrafındakı adamlardan narahatdır.

Hələki üzə çıxmaq istəməyən Fərəc "Xəzər"ə açıqlamasında bildirib ki, işləri ilə əlaqədar üzə çıxa bilmir.

Verilən məlumata görə Fərəc itkin düşəndən sonra Qəbələ rayonunda natariusda əməliyyat aparıb. Həm Fərəcin, həm də atasının qeydiyyat yeri Qəbələ rayonu olduğuna görə rayon polis şöbəsi məsləni araşdırır.


Müəllif: Teleqraf.com