Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 21-24°, gündüz 25-29° isti olacaq.
Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşam əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 26-31° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli olma ehtimalı var, axşama doğru tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-25°, gündüz 28-33° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.