24 Avqust 2018 11:04
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub.

Teleqraf.com “Report”a istinadən xəbər verir ki, bununla ələqadar departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb.

O, məlumatı təsdiqləyib.

Ə.Bağırov bildirib ki, hazırda işsizdir və hələlik heç bir vəzifəyə təyin edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər