14 Sentyabr 2018 13:53
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Handə Harmancı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi təyin edilib.

Teleqraf.com xəbər verir ki, “BMT Qadın Liderlər” proqramının məzunu olan Doktor Handə Harmancı qlobal və milli səviyyələrdə 28 illik tibb universiteti müəllimliyi və tədqiqatçı təcrübəsinə malik ictimai səhiyyə mütəxəssisidir.

O, Azərbaycana təyinatından öncə 13 il ərzində ÜST-ün müxtəlif bölümlərində fəaliyyət göstərib.

2009-cu ildə dünyada H1N1 epidemiyası yayılan zaman Qlobal Qrip Proqramı çərçivəsində hazırlıq, informasiya və təlim komandasının rəhbəri vəzifəsində çalışıb.

2011-2018-ci illər ərzində Qlobal Hepatit Proqramı çərçivəsində fəaliyyət göstərib.

ÜST-ə qoşulmazdan öncə Hande xanım 1994-2005-ci illərdə Mərmərə Universitetində İctimai Səhiyyə üzrə professor və İstanbulda səhiyyə xidmətləri üzrə direktor vəzifələrində çalışıb.

İngilis, türk, fransız və Azərbaycan dillərində sərbəst danışır.


Müəllif: Cavad