17 Sentyabr 2018 10:30
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə atasının fotosunu paylaşıb.

Teleqraf.com-un məlumatına görə, o, şəkilin şərh yerində işğal altında olan doğma yurdu Ağdərə ilə bağlı təəssüratlarını qeyd edib.

Bildirib ki, Türkiyədən Bakıya yenicə qayıdıb: “Bir az olar ki, Bakıya endim. Hər dəfə Bakıya qayıdanda düşünürəm ki, sanki doğulduğum Ağdərəyə gedəcəm. Hərdən bir quş olub doğulduğum yurda getmək, Seyid Məmməd babamın, qardaşım Talehin məzarını ziyarət etmək, evimizin önündəki o gözəl ətirli qızıl güllərimin hələ də qalıb-qalmadığını bilmək istəyirəm.

Düşmən kəndimizi işğal edəndə maşından düşüb geriyə, evimizə qacan itimizin - Bobikin hələ də həyətimizdə bizi gözlədiyini düşünürəm... Mən hər gün o yerləri, yurdumuzu düşünüb ağlayıram.

Rəbbimdən tək diləyim heç olmasa babalarımın, qardaşımın yatdığı məzarlıqda basdırılmağı mənə nəsib etməsidir.

Nə qədər iztirablıymış doğulduğun yerə həsrət qalmaq. Bu ayrılığın bu qədər dəhşətli olduğunu hər yaşımın üstünə yaş gəldikcə daha çox hiss edirəm.

Görün indi ata, anam, o yaşda olan insanlar nə çəkir. Rəbbim bizə o torpaqlarda yaşamağı, ölməyi nəsib etsin”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər