Tanınmış azərbaycanlı müğənni Nadir Qafarzadənin ailəsinə ağır itki üz verib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, ifaçının dayısı oğlu Cəbrayıl Abbasov 55 yaşında infarktdan dünyasını dəyişib.
Məlumatı dəqiqləşdirmək üçün Nadir Qafarzadə ilə əlaqə saxlasaq da o bu barədə danışmaq istəməyib: “Rica edirəm narahat etməyəsiniz. İndi danışacaq halda deyiləm”.
Müğənninin prodüseri Toğrul Kamalovl məlumatı təsdiqləyib: “Bəli, məlumat doğrudur. Nadir bəy hazırda yoldadır, rayona gedir”.