Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.
Elm və təhsilin inkişafına dəstəyilə seçilən “Nar” bu il Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr üçün Təqaüd proqramı elan edib. Proqram çərçivəsində 2018-2019-cu tədris ilində 5 tələbəyə aylıq təqaüd veriləcək. Təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.
“Nar” təhsil və maariflənmənin inkişafına yönəlik KSM strategiyası çərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurur, tələbələr üçün həvəsləndirici aksiyalar keçirir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. KSM strategiyası çərçivəsində “Nar” həmçinin fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası edilməsi istiqamətində müxtəlif uğurlu layihələr həyata keçirir.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.