Stress həyatımızda ən ciddi problemlərdən biridir.Bir çoxları stressdən qurtulmağın yollarını axtarır.
Teleqraf.com xəbər verir ki, bəzi bitkilər az da olsa, əsəbləri sakitləşdirməyə kömək edir. Daha sakit olmağımıza kömək edən bitki növləri isə bunlardır: solmaz çiçəyi, lavanda, pişikotu çayı, melisa çayı, sarı kantoron çayı.
Qeyd edək ki, bu bitkilər sinir sistemini sakitləşdirir,yuxusuzluğun qarşısını alır, qan dövranına müsbət təsir edir və ağrıkəsici xüsusiyyətə malikdirlər.