24 Sentyabr 2018 19:16
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin olunub.

İlhamə Qədimova Bakı şəhərində anadan olub.

1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquq şöbəsində baş məsləhərçi işləyib. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər