27 Sentyabr 2018 17:55
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.

Qeyd edək ki, yeni marşrut xətti üzrə avtobuslar 29 sentyabr tarixindən test rejimində fəaliyyət göstərəcək.


Müəllif: Aytən

Oxşar xəbərlər