Təhsil naziri Ceyhun Bayramov özünə yeni müşavir təyin edib.
Nazirin müvafiq əmri ilə bu vəzifəyə Elnur Məmmədov təyin olunub.
Qeyd edək ki, Elnur Məmmədov 2002-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə magistr təhsilini alıb. O, Vaşinqton Universitetinin (ABŞ) Hüquq fakültəsi üzrə magistr təhsilini 2005-ci ildə başa vurub. E.Məmmədov Vergilər Nazirliyində, özəl hüquq şirkəti və iri investisiyalı müəssisələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.