2 Oktyabr 2018 16:30
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə tandılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza atan, Pyemont regionunda beynəlxalq usta adına layiq görülmüş ilk şahmatçı olaraq tarixə düşən azərbaycanlı Mirağa Ağayev haqqında məqalə yaradılıb.

Teleqraf.com xəbər veririk, məqalədə qeyd olunur: “Mirağa Ağayev 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak edib.

Axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrossmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan olub.

4-5 saat çəkən oyunda erməni rəqibini məğlub etmiş Mirağa Ağayev rəqibinin reytinq cədvəlində birinci yerdən 6-cı yerə düşməsinə nail olub, özü isə Beynəlxalq usta normasını yığaraq 2-ci yerə çıxıb”.

Ətraflı məlumat və videogürüntü üçün aşağıdakı linklərə girə bilərsiniz.

https://az.wikipedia.org/wiki/Mira%C4%9Fa_A%C4%9Fayev


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər