Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, Azərbaycandan Rusiya Federasiyasına gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, hazırda Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.