8 Noyabr 15:25
219

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu xəbər şou-biznesin bir çox tanınmış simalarını sarsıdıb. Onlar sosial şəbəkədəki səhifələrində xalq artistinin vəfati ilə bağlı fikirlərini bölüşüb, ona rəhmət diləyiblər:

Xalq artisti Flora Kərimova: “Bu da bir son... Əvəzsizlər gedir, sevənlərinə, yaxınlarına sonsuza qədər yeri boş görünən fani dünyanı bağışlayırlar. Ailəsinə, övladlarına Allahdan səbir, mətanət diləyirəm! Yeriniz Cənnət olsun, Amaliya xanim”.

Xalq artisti Faiq Ağayev: “Çox ağır itkidir. Əzəmətli sənət sahibi, əziz Amaliya Pənahovanı itirdik. Nur içində yat, Sənətkar”.

Aparıcı Ulvira Qarayeva: “Mən Amaliya Pənahovanı belə xatırlayacam - ən çox tanınan səs və üz. Yeriniz cənnət olsun, gözəl qadın”.

“Pişik” Günel Ələkbərova: “Gözəl sənətkar, Allah sizə rəhmət eləsin. Məkanı cənnət olsun. Amin”.

Əməkdar artist Rəşad İlyasov: “Ruhun şad olsun, sənətkar. Bir müddət öncə onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Siz hər zaman sevilən obrazlarla yadda qalacaqsınız. İstər kinoda, istərsə də tamaşalarda”.

Müğənni Elnur Məmmədov: “Amaliya Pənahova, Allah sizə rəhmət eləsin. Yeriniz cənnət olsun. Bu itkiyə çox pis oldum”.

Əməkdar artist Aybəniz Haşımova: “Gəncəmin gözəlliyi ilə doğulan sənətkar Amaliya Pənahova, kaş ki, yalan olaydı. Çox üzgünəm, çox. Bu dəfə Əzrayılın qılıncına sənətin zirvə sənətkarı tuş gəldi. Deyiləsi çox sözüm var, amma yaza bilmirəm. Sadəcə ağlayıram. Kaş bu xəbəri eşitməyəydim”.

Əməkdar artist Mehriban Xanlarova: “Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib səbr diləyirəm. Allah rəhmət eləsin”.

Prodüser Tarix Əliyev: “Bir sənətkarımızı itirdik. Amma Amaliya Pənahovanın yaratdığı obrazlar hər zaman xalqın yaddaşında qalacaq”.


Müəllif: Yalçın Uğur
Загрузка...