Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqına Dövlət Bayrağı günü münasibətilə təbrik ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva özünün rəsmi İnstaqram hesabında Azərbaycanın üçrəngli bayrağının fotoşəklini paylaşaraq təbrik mesajı yazıb.
"Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə hamını təbrik edirəm", - deyə Leyla Əliyeva qeyd edib.