10 Noyabr 20:36
305

Rütubət qoxusu hər evdə hiss oluna bilər. Bu qoxu nəmdən yaranır və əşyalarımıza, paltarlarımıza çökür. Qış fəslində rütubət qoxusu artır. Sağlamlığınıza ziyan verən rütubətdən və onun qoxusundan neçə qurtulmaq olar?

Teleqraf.com bir neçə tövsiyəni təqdim edir.

Mənzilin havası müntəzəm dəyişməlidir. Təkcə yayda yox, qışda da pəncərələri açıq saxlamaq yaxşı olar.

Bir xörək qaşığı qəhvəni bir xörək qaşığı xardalla qarışdırın və rütubət olan divara sürtün. Əgər xardaldan istifadə etmək istəmirsinizsə, təkcə qəhvə ilə kifayətlənmək mümkündür. Bu halda qoxunun çəkildiyini görəcəksiniz.

Rütubətli otaqda gül saxlamayın, çünki dibçək gülləri evdəki nəmin miqdarını artırır, bu da qoxu yaradır.

Pişik qumu rütubət qoxusu üçün ən yaxşı çarədir. Nəmi özünə çəkmək xüsusiyyəti olduğu üçün gözdən uzaq yerlərə pişik qumu qoya bilərsiniz.

Soda və duz da nəm çəkicidir. Xlor və süşəsilən kimi təmizləyici vasitələri nəm bölgələrə vurun.

Paltarlara çökən rütubət qoxusunun qarşısını almaq üçün onları bir ləyənə qoyaraq üstünə soda atın və onu sodalı suda 30 dəqiqə saxlayın. Ardından paltarı durulamadan asın və qurudun.


Müəllif: Aytən
Загрузка...