25 Noyabr 2018 20:05
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gender və İnsan Hüququ” Araşdırma Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cümhuriyyət – 100 il: vətəndaş cəmiyyəti institutlaşması dünəndən bu günə” layihəsi çərçivəsində Yasamal rayonu, 20 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi üçün seminar-treninq keçirib.

Tədbir 23 noyabr 2018 il tarixində məktəbin böyük akt zalında baş tutub.

Tədbiri məktəbin direktoru Səadət Veysova açaraq mövzu ilə bağlı məlumat vermiş və qonaqları təqdim edərək, kollecin rəhbərliyi adından tədbirə uğurlar arzulayıb.

Mövzu ilə bağlı professor Rəna Mirzəzadə çıxış edərək 100 illik tarixə ekskurs etmiş, vətəndaş cəmiyyətinin respublikamızda yaranma tarixindən, sovetlər dönəmindən XX əsrin sonlarına qədər olan dövrdən və nəhayət Ulu Öndər H.Əliyevin Azərbaycana dönüşündən sonra vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığından və nəhayət son illərdə respublikada vətəndaş cəmiyyəti institutlarının inkişafına olan dövlət qayğısından bəhs edib.

Digər çıxışçı dosent Hüseyn İbrahimov vətəndaş cəmiyyətinin formalaşması prosesindən və bu sahənin respublikamızda inkişaf mərhələlərindən söz açıb. Daha sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakşılarla fikir mübadiləsi aparılmışdır və anket-sorğu keçirilmişdir.

Yekunda tədbir iştirakçıları GİHAB-ın layihə çərçivəsində həyata keçirdiyi seminar-treninqin reallaşmasına şərait yaratdıqlarına görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və həmçinin 1 saylı Bakı Tibb Kollecinin rəhbərliklərinə təşəkkürlərini bildirmişlər. Eyni zamanda, tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür bildirilmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər