26 Avqust 2014 11:40
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada, o cümlədən də sosial şəbəkələrdə geniş yayılan “Buzlu su ilə dəstək” kampaniyası Şotlandiyada faciə ilə nəticələnib.

ALS xəstəliyinə diqqəti cəlb etmək və onlara maddi yardım üçün başladılan bu kampaniyaya qoşulan 18 yaşlı gənc başına buzlu su tökdükdən sonra ölüb.

Gənc aksiyanı Berntaylend şəhəri yaxınlıqdakı hündür və təhlükəli yerdə keçirmək istəyib.

Hadisə şahidləri bildiriblər ki, gəncin başına buzlu su töküləndən sonra o, özünü 24 metr hündürlükdən çaya atıb. Bundan sonra gənc suda boğulub.

Onun başına buzlu su tökdüyünə görə öldüyü barədə tutarlı səbəblər olmasa da, ehtimal olunur ki, aksiyadan sonra gəncin səhhətində problemlər yaranıb. Bu səbəbdən o, çayda üzə bilməyib və boğulub.

/anspress/






Müəllif:

Oxşar xəbərlər