5 Dekabr 2018 01:53
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - asan və sadə olmasa da, yetərincə uğurlu gündür. Vaxtınızı fayda ilə keçirməyə çalışın. Hansısa işə başlamazdan əvvəl məqamın yetişdiyinə əmin olun. Əks halda əməyiniz boşa çıxa bilər.

Buğa - mühüm işlər planlaşdırıbsınızsa, onları günün ikinci yarısına ertəmələyin. Səhər saatlarında əhvalınız pis ola bilər. Lakin saatlar keçdikcə vəziyyət çətinləşəcək. Özünüzü ələ alın.

Əvvəllər əldə olunmuş razılaşmalar pozula bilər. Belə situasiyalarda günahı olmayan insanlara hirslənməyin, kimsəni acılamayın. Yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Onlar sizi anlamağa çalışırlar.

Əkizlər - təəlsməyin. Səhər saatlarında hər şeyin və hər kəsin sizə qarşı olduğunu düşünəcəksiniz. Bədbinliyə qapılmayın. Boş söhbətlərə və mübahisələrə vaxt sərf etməyin. Belə mübahisələr sizə planlaşdırdığınız işi vaxtında başa vurmağa mane olacaq.

Saatlar keçəcək, vəziyyətin o qədər də pis olmadığı anlaşılacaq. Axşam saatlarında romantik tanışlıq istisna deyil.

Xərçəng - narahat, qarışıq gündür. İşlərin əla gedişatına ümid edərək özünüzü aldatmayın. Çətin vəziyyətə düşənlərə yardım etməyə çalışsanız da, bəzi cəhdləriniz uğursuz qalacaq.

Ətrafınızdakı insanlar sizdən narazıdır. Tənqidlər və tənələr eşidəcəksiniz.

Şir - xəyallara qapılaraq arzuların içində vurnuxmayın. Yaranmış situasiyanı dəqiq qiymətləndirin. Əks halda sonradan sizi peşman edəcək səhvə yol verəcəksiniz.

Biliklərinə və bacarığına inandığınız insanlarla məsləhətləşin.

Maraqlı, gərəkli təkliflər eşidəcəksiniz.

Qız - işgüzar görüş, problemlərin həlli üçün əla gündür. İşə düzəlməyə çalışırsınızsa özünüz haqqında xoş təəssürat yaratmağa çalışın. Rutin, yorucu işlər sizi bezdirə bilər. Təkbaşına işləmək sizi zinhara gətirəcək.

Axşam saatlarını dostlarla keçirin. Səfərə çıxmaq olar.

Tərəzi - başlanan işlər asan alınmır. Amma nikbin olun. Bir qədər də səy göstərsəniz, işləri düzəltmək olar. Qeyri-adi qərarlar, cəsarətli ideyalar, orijinal improvizasiyalar gərəkdir.

Ənənəvi metodlar və üsullar gərəkli nəticəni əldə etməyə mane olur.

Günün ikinci yarısında gözlənilməz, xoş görüş olacaq. Yardım üçün dostlara müraciət etmək olar.

Əqrəb - məhsuldar gündür. Bütün imkanlarınızı işə salın. Mühüm işləri ertələməyin, qətiyyətli olun. İradə və əzm istənilən maneələri dəf etməyə yetərli olacaq. Lakin tək çalışmayın. Müttəfiq və ya tərəfdaş arayın.

Günün ikinci yarısında travma riski var. Diqqətli olun. Sükan arxasında eştiyatlı davranın.

Oxatan - sinirlənirsiniz, əsəbisiniz. Halbuki buna ciddi səbəb yoxdur. Səhər saatlarındakı düşüncənizdən fərqli olaraq, gün heç pis olmayacaq. Müsbət təmayüllərin təsiri artacaq. Peşəkar mövqeyinizi gücləndlirmək hansı var.

İşdə rəhbərliklə qeyri-rəsmi şəraitdə danışığın faydası var.

Yaxınlarınızın dəstəyi çox önəmlidir. Sizi anlayacaqlar.

Oğlaq - işgüzar tərəfdaş və ya müttəfiqlərlə ünsiyyət üçün əlverişli gündür. Faydalı bilik əldə etmək, yaxşı məsləhət almaq oloar. Adi nəsnələrə baxışınız, mövqeyiniz dəyişə bilər.

Yeni planların reallaşdırılmasına dərhal başlayın. Uğur əldə edə bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - risk mənasızdır. Önəmli işlərdə düşünülməmiş qərarlar verməyin. Tələssəniz çox çətin situasiyaya düşə bilərsiniz. Böyük zəhmət hesabına əldə etdiyinizi itirməyin.

İşgüzar münasibətlərdə anlaşılmazlıqlar yaranacaq. Ətrafdakı insanlar sizə irad bildirəcəklər.

Axşam saatlarında müzakirəni konstruktiv məcrada aparın.

Maliyyə və ya əmlakla bağlı mübahisəni ertələyin.

Balıqlar - emosional müvazinəti qorumağa çalışın. Çətindir, çünki yaxın ətrafınızdakı insanlar sanki sözü bir yerə qoyaraq səbrinizi sınaqdan keçirmək qərarına gəliblər. Üstəlik, işlərin gedişatı planlaşdırdığınız təki deyil.

Soyuqqanlı olun, əsəbiləşməyin.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər