26 Avqust 2014 14:29
4 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmalar zamanı bəlli olub ki, qadınlar fiziki cəhətdən sevginin seksdən daha çox razı qalmağa kömək etdiyini düşünürlər.


Teleqraf.com-un ailem.az-a istinadən xəbərinə görə, araşdırmaya Nyu York, Nyu Cersey və Pensilvaniyadan 95 qadın qatılıb.

Qadınlara sevginin seksual münasibətlərdə əhəmiyyəti barədə soruşulub.

20-68 yaş arası qadınların 78%-i sevginin seksdən daha çox razı qalınması üçün vacib olduğunu bildiriblər.
Sadəcə 18% qadın seks üçün sevginin əhəmiyyətli olmadığını deyib.

Araşdırmadan bəlli olub ki, qadınlar sevdiyi insanla yatağa girmədən əvvəl seksuallıq haqqında araşdırmalar etmirlər. Onlar yataqda sevdiyi insana inanır və çox şeyi ondan gözləyirlər.

Əgər qadın sevirsə, özünü yataqda daha çox seksual hiss edər və əgər ortada sevgi varsa, hər şeyin yerində olduğunu düşünərlər.

Qadınlar seksi sevginin ifadəsi kimi görürlər.

Bir sözlə, seksdə sevgiyə, evlilikdə isə seksə ehtiyac var.


Müəllif:

Oxşar xəbərlər