Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) parlament fraksiyasının katibi Naira Zöhrabyan parlament sədrinin köməkçisi təyin ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Konstitusiyaya görə, spikerin köməkçilərindən biri parlament seçkilərində ən çox səs alan ikinci siyasi partiyanın nümayəndəsi olmalıdır:
“Bu vəziyyətdə seçkilərdən səs almış ikinci siyasi partiya kimi Çiçəklənən Ermənistanın nümayəndəsi spikerin köməkçisi təyin edilməlidir.
Əgər ÇEP bundan əvvəlki seçkilərdə namizəd kimi Mikael Melkumyanı göstərmişdisə, bu dəfə ondan 3 dəfə çox səs alan Naira Zöhrabyan onun yerinə keçə bilər”.
Qeyd edək ki, Naira Zöhrabyan Ermənistan parlamentində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinin tanınmasının əleyhinə səs vermişdi.