11 Dekabr 2018 16:47
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev babası, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti, əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummilli liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev də ziyarətçilər arasında olub, Ümummilli liderin xatirəsinə ehtiramını bildirib.


Müəllif: Teleqraf.com