12 Dekabr 2018 15:00
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.

Teleqraf.com xəbər verir ki, bunu özünün Feysbuk səhifəsində millət vəkili Qənirə Paşayeva yazıb:

“Hər iki əlimdə "karpal tunel sindromu" diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə, mesajlarınıza cavab yaza bilmədim.

Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram”.

Millət vəkili bildirib ki, həkimlərin sözlərinə görə, təxminən 1 ay ərzində vəziyyəti düzələcək.

Qeyd edək ki, Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.


Müəllif: Aytən

Oxşar xəbərlər