17 Dekabr 2018 21:11
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ordu quruculuğunun əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda quruculuq işləri Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Bu sözləri Teleqraf.com-a hərbi ekspert Emil Həsənli deyib. O bildirib ki, ordumuzun silahlanması, maddi-texniki bazasının güclənməsi, xəstəxanaların tikilməsi, təmir olunması günün tələblərinə uyğundur : "Azərbaycan ən qabaqcıl ölkələr - ABŞ, İsrail, Türkiyə, Rusiya, Çin və Pakistanla əməkdaşlıq edir. Eyni zamanda zabitlərin sosial rifahının yüksəldilməsi, hər il yüzlərlə zabitə mənzillərin verilməsi xüsusi vurğulanmalıdır. Onların əmək haqları artırılır, konpensasiyalar verilir, istirahətlər, məzuniyyət məsələləri öz həllini tapır.

Azərbaycan dünyanın ən güclü sosialyönümlü dövlətidir. Azərbaycanda çoxlu imtiyazlı sosial təbəqə mövcuddur. Böyük Vətən Müharibəsi iştirakçılarına, onların həyat yoldaşlarına hər il yükəsk diqqət, qayğı göstərilir, mənzil problemləri həll olunur, evlə təmin edilirlər. 20 yanvar, Xocalı soyqırımı qurbanlarının ailə üzvlərinə, qaçqın və məcburi köçkünlərə, veteranlara, əlillərə mənzillər, maşınlar verilir. Onların övladları təhsil haqqından azaddırlar, səhiyyə xidmətlərindən rahat istifadə edə bilirlər. İlham Əliyev prezident seçiləndə ilk fərmanı şəhid ailələrinin sığorta-pensiya məsələsinin həllilə bağlı oldu. Artıq bu proses başlanılıb, birdəfəlik ödəmələr şəhidlərin varislərinin hesablarına köçürülür".

E.Həsənli bildirdi ki, ordumuz aprel döyüşlərində, Naxçıvanda uğurlu əməliyyat keçirdi: "Bununla dünyaya Azərbaycan ordusunun nə qədər peşəkar olduğunu göstərdik. Xocalıda əli azərbaycanlıların qanına batan Sərkisyan, Ohanyan cütlüyünün hakimiyyətdən getməyində bu hadisənin böyük rolu oldu. Aprel hadisələri onu göstərdi ki, Azərbaycanda necə vətənpərvər gənclik var. Bütün Azərbaycan xalqı bir bayraq altında birləşdi. Bu ordumuzun nə qədər peşəkar olması, dövlət sisteminin nə qədər sistemli çalışmasının göstərcisidir".

Ekspert deyib ki, bizim müdafiə sənayesi potensialımız çox güclüdür: "Dünyanın ən qabaqcıl hərbi texnikalarını, silahlarını almaq gücündəyik. Ordumuzun qüdrətlənməsi və ərazi bütövlüyünün təmin edilməsi Ali Baş Komandanın birbaşa nəzarətindədir".


Müəllif: Aytən

Oxşar xəbərlər