20 Dekabr 2018 16:06
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədrinə uğurlar arzuladım, dedim, Allah xeyir versin. Hər bir vicdanlı, qanı təmiz olan azərbaycanlı Dağlıq Qarabağın Azərbaycanlı İcmasına kömək eləməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında icmanın keçmiş sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bu gün keçirilən II qurultayının işi uğurlu olub: “Hamı əlini qaldırdı, 23 nəfərdən ibarət İdarə Heyətini təsdiqlədik. İdarə Heyətinin üzvləri də yeni sədri müəyyənləşdirdi”.

Bayram Səfərov qeyd edib ki, özü də İdarə Heyətinin üzvlüyünə seçilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər