Parlament “Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupununun rəhbərlərinin seçilməsi” haqqında Milli Məclisin 2016-cı il 4 mart tarixli 161-VQR nömrəli qərarının 2, 17 və 25-ci bəndələrinin yeni redaksiyada verilməsi haqda qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin 2016-cı il 4 mart tarixli qərarının yeni redaksiyada verilməsində məqsəd Milli Məclisin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsidir.
Qərara əsasən, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Cavanşir Feyziyev rəhbər təyin ediliblər.