Azərbaycan Milli Məclisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.
Teleqraf.com xəbətr verir ki, müraciət parlamentin vitse-spikeri Bahar Muradova tərəfindən oxunub.
Müraciətdə qeyd edilir ki, əsası 28 il əvvəl ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli və bütövləşmə tarixində mühüm hadisə olub. Bu hərəkat sonrakı dövrdə geniş vüsət alıb və soydaşlarımızla əlaqələrin gücləndirilməsində mühüm rol oynayıb.
Müraciətin sonunda dünyada yaşayan azərbaycanlılar birliyə və həmrəyliyə çağrılıb.