18 Yanvar 2019 13:35
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi məktəblilərin qış tətilinin təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.


Müəllif: Aytən