Prezident İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu yol prezident İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli sərəncamı ilə tikilib. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. İyirmi beş min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 kilometrdən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti işləri qısa müddətə, həm də keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.
Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır, rahatlığını təmin edir.
Səxavət