8 Fevral 2019 17:37
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün biz Azərbaycan-Rusiya sərhədində Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə birlikdə yeni körpüyə baxış keçiririk.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində salınan körpüyə baxış zamanı jurnalistlərə açıqlamasında deyib.

"Yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq. Yük maşınların keçid müddəti azalacaq. Bizim sahibkarlar Rusiyaya daşınan yüklərə sərf elədiyi vaxtı kifayət qədər azaldacaq. Bununla ölkələr arasında ticarət dövriyyəsi daha da artacaq. Körpü tikintisinin maliyyəsi Azərbaycan və Rusiya arasında bərabər hissələrlə ödəniləcək. Artıq 50 faiz Azərbaycan, 50 faiz isə Rusiya hökuməti tərəfindən ödənilib. Körpünün tikintisi bu il noyabrın sonunadək başa çatdırılacaq. Beləliklə yüklərin daşınması üçün daha rahat şərait yaranacaq".

Qeyd edək ki, körpünün maliyyə dəyəri 38 milyon manat təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər