Qışın soyuğunda üz dərisi quruyur. Bunun üçün üzü daim nəm saxlayan kremlərdən istifadə etmək lazımdır.
Teleqraf.com xarici KİV-ə istinadən üzünüzü nəmləndirəcək maskaları təqdim edir:
2 yemək qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını, 3 yemək qaşığı yulafı, yarım stəkan çiyələyi krem halına gələnə qədər qarışdırın. Üzünüzə masaj edərək çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.
2 xörək qaşığı südü və balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 1 dəfə edin.
1 xörək qaşığı balı, 1 yumurta sarısını qarışdırıb üzünüzə çəkin. Maskanı çəkdikdən sonra 10 dəqiqə saxlayın və yuyun.