12 Fevral 2019 00:59
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron zəfəranı dünyada ən bahalı vegeterian məhsulları arasında 3-cü yerdə qərarlaşıb.

Ölkəmizdə yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında 3-cü yeri tutub. "Luxurylaunches" saytında bu haqda yazılan məqalədə qeyd olunur ki, 1 kiloqram Abseron zəfəranının qiyməti 11 min dollardır. Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranının sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur.

Ölkəyə külli miqdarda valyutanın cəlbi baxımından bu bitkinin əkin sahələrinin genişləndirilməsi olduqca vacibdir. Amma statistikaya əsaslansaq, zəfəranın əkin sahələri SSRİ dövrü ilə müqayisədə təxminən 30 dəfə azdır. Əvvəllər Azərbaycanda ildə 600 kq zəfəran istehsal olunardı, hazırda bu rəqəm çox cüzidir.

Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə qeyd edib ki, Kənd Təsərrüfati Nazirliyi zəfəran istehsalının genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. İlk növbədə Bakıətrafı qəsəbələrdə ərazisi geniş olmayan həyətyanı sahələrdə bitkinin əkilməsi təşviq edilir.

Firdovsi Fikrətzadənin sözlərinə görə, hazırda Azərbaycanda zəfərana olan tələbat daha çox İrandan ucuz idxal hesabına ödənilir. Halbuki yerli məhsulun keyfiyyəti nəinki İran, hətta İspaniya və İtaliyada yetişdirilən zəfəranın keyfiyyətindən də yüksəkdir.

Görünən odur ki, qarşıdakı illərdə zəfəran ölkəyə xarici valyuta cəlb etmək baxımından önəmli rol oynayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər