Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Qloballaşma və milli kimlik ” mövzusunda seminar-treninq keçirilib.
Bu barədə Teleqraf.com-a fonddan məlumat verilib.
Tədbirdə fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev Sumqayıtda bu sahə ilə bağlı təşkil edilmiş seminarın əhəmiyyətindən danışıb.
Seminarda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov qloballaşmanın müsbət xüsusiyyətlərindən istifadə edərək, eyni zamanda milli-kimliyimizi qorumağınvacibliyini diqqətə çatdırıb.
Fondun icraçı direktoru Mehman İsmayılov dünyada gedən proseslər fonunda milli kimliyimizi və dəyərlərimizi gələcək nəsillərə çatdırmağın əhəmiyyətinə toxunub. İcraçı direktor qeyd edib ki, müasirlik və inkişaf milli xüsusiyyətlərimizin möhkəmlənməsinə və vətənə bağlılığın güclənməsinə töhfə verməlidir.
Daha sonra çıxış edən fondun icraçı direktor müavini Ceyhun Əliyev Azərbaycanın ailə dəyərlərinin milli kimliyimizin formalaşmasındakı rolu haqqında fikirlərini bölüşüb.
Seminar-treninqin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.