Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İnistagram hesabında tanınmış azərbaycanlı blogger Hüseyn Həsənovla fotosunu paylaşıb.
Teleqraf.com-un xəbərinə görə, çeçen və azərbaycanlılar arasında Moskvada baş verən insidentdən sonra Kadırovun bu fotonu paylaşması heç də təsadüfi deyil və o, bununla azərbaycanlılarla çeçenlərin xoş münasibətdə olduğunu nümayiş etdirmək istəyib.