19 Fevral 2019 08:05
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marşrut avtobuslarının sürücülərinə sükan arxasında siqaret çəkməmələri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu qaydaya əməl etməyənlər hələ də var. Misal olaraq, Bakıdan Abşeron rayonu Güzdək qəsəbəsi istiqamətinə hərəkət edən 553 saylı marşrut avtobusunun sürücüsünü göstərmək olar.

Qaydaları pozan bu şəxs metronun "Avtovağzal" stansiyasından Abşeron rayonu Güzdək qəsəbəsi istiqamətinə hərəkət edən 553 saylı marşrut avtobusunun sürücüsüdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də sərnişinləri narahat edən bu cür sürücülərə tez-tez rast gəlinir.

Mövcud vəziyyəti elə avtobusda olan sərnişinlərdən biri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. Sərnişin iddia edir ki, bu barədə sürücüyə öz etirazını bildirsə də, sürücü buna məhəl qoymayıb.

Görüntülərlə tanış olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyir ki, avtobusun salonunda sərnişinlər olub-olmamasından asılı olmayaraq, sürücünün avtobusun içərisində siqaret çəkməsi qadağandır. Bununla bağlı dəfələrlə daşıyıcı şirkətlərə də məlumat verilib.

553 saylı marşrut avtobusunun məxsus olduğu daşıyıcı şirkətin nümayəndəsi Səyavuş Əsgərov isə deyir ki, həmin qaydanı pozan sürücü barəsində artıq cəza tədbiri görülüb.

Qeyd edək ki, belə halda sürücünü İnzibati Xətalar Məcəlləsinə görə 40-50 manat miqdarında cərimə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər