“Mən fəxr edirəm ki, bu gün keçirilən Moto Festival atamın ad gününə təsadüf edib"
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin oğlu da Qafqazda ilk dəfə keçirilən Moto Festivalda iştirak edir.
Teleqraf.com ans press-ə istinadən xəbər verir ki, Fuad Mustafayev bu cür gözəl festivalin Şəkidə keçirildiyinə görə çox sevincli olduğunu bildirib.
“Mən fəxr edirəm ki, bu gün keçirilən Moto Festival atamın ad gününə təsadüf edib. Sevindirici bir haldır ki, dünyanın öndə gedən bir neçə ölkəsindən baykerler Azərbaycana gəliblər”, - deyə Fuad Mustafayev vurğulayıb.
Fuad qeyd edib ki, hər zaman dövlətinin adını ucalarda görmək istəyir.