23 Fevral 2019 19:00
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saçların kimyəvi boyalarla rənglənməsi, keyfiyyətsiz əlavələrlə zəngin vasitələrlə burulması və ya düzləşdirilməsi onun tökülməsini sürətləndirir.

Teleqraf.com saçlarınızın qalın və qüsursuz olması üçün bir neçə məsləhət təqdim edir:

Yatmazdan öncə başın dərisini masaj edin. Bunun üçün xüsusi masaj daraqları da ala bilərsiniz. Masaj başın dərisinin qan dövranını yaxşılaşdıracaq. Nəticədə saçların kökləri xeyli vitamin qəbul edəcək.

Müntəzəm olaraq saça qulluq üçün nəzərdə tutulan maskalar da etmək olar. Lakin saç üçün maska, şampun və başqa vasitələr seçdikdə keyfiyyətlisinə üstünlük verilməlidir.

Ən yaxşısısı təbii maskalar düzəltməkdir. Təbii yolla düzələn maskalar daha effektiv olur.

Saça parıltı və gözəllik verən, misal üçün, zeytun yağı və yumurta sarısından hazırlanan maska tətbiq edə bilərsiniz. Bunun üçün 1 çay qaşığı zeytun yağını, 1 yumurta sarısını, 1 çay qaşığı limon suyunu qarışdırıb saçın dibinə sürtüb 1-2 saat saxlayıb yuyun.

Saçın tökülməsinin qarşısını almaq üçün isə 1 litr qaynadılmış suya 2 xörək qaşığı bal əlavə edib başın dərisinə massaj edərək sürtmək olar. Aloye bitkisinin suyu da saç tökülməsinə qarşı çox effektivdir.

Aloyenin suyunu hər gün başın dərisinə çəkib, üstündən xüsusi yuyunmaq üçün nəzərdə tutulan papaq geyinib bir saat saxlayın.

Saçın sağlamlığı üçün yumurta sarısı ilə olan maskalar çox xeyirlidir. 2 yumurta sarısını, 1 xörək qaşığı bal, konyak və gənəgərçək yağını blenderə əlavə edib qarışdırın. Alınan qarışığı nəm saçlara çəkib başınızı isti bir şeylə bağlayıb 1 saat saxladıqdan sonra yuyun. Xardalın əlavə olunması ilə hazırlanan maskalar da saça çox xeyirlidir. 1 yumurta sarısını 1 xörək qaşığı xardalla qarışdırıb saça çəkib yarım saat saxlayın.

Saçlarınızı bitkilərdən dəmləmiş suyu ilə yaxalamaq olduqca faydalıdır. Bunun üçün çobanyastığı, gicitkan bitkilərini dəmləmək olar.

Saça qulluq üçün ən rahat üsul isə şampunlara meyvə və badam yağının əlavə olunmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər