24 Fevral 2019 12:41
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrin şəhərində şagirdlər "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib.

Teleqraf.com xəbər verir ki, əməkdar artist Azərin özünün İnstaqram hesabında video paylaşaraq uşaqlar evində türk dilində təhsil zamanı "Çırpınırdı Qara dəniz" mahnısının səsləndirildiyini qeyd edib.

"Allah təala dünyanın dörd bir tərəfindəki türkü qorusun. Var olsun zalımın qarşısında, məzlumun yanında olan Türkiyə cümhuriyyəti və təbii ki, müəllimlərimiz. Afrində "Çırpınırdı Qara dəniz". Çox ehtiyac duyduyuğumuz günlərin birində yetimlərimizdən bizlərə...Bu yolda şəhid düşənlərə rəhmətlə...", -deyə sənətçi vurğulayıb.

Qeyd edək ki, mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra - 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranıb. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər