Gülməkdən ölmək – çox nadir ölüm növüdür, amma tarixdə belə hadisələr baş verib.
Bizim eradan əvvəl belə bu səbəblə ölənlərə rast gəlmək mümkündür. Bu şəxsləri tanımasaz da, tarixdə gülməkdən ölən şəxsiyyətlər olmuşdur.
İlk dəfə tarixdə yunan filosofu Xrisipp (e.ə. III əsrdə yaşayıb) uzunqulağını kefli halda görərək gülməkdən həyatını itirib.
Məşhur kahin və yunan din adamı hesab edilən Kalxas da gülməkdən ölüb. O, e.ə. XII əsrdə yaşayıb. Öz yetişdirdiyi üzümdən alınan şərabı dadmağa bir sıra din adamlarını dəvət edir. Yığıncaqda qonaqlardan birinin onun şərəfinə dediyi sözlər Kalxası güldürür və həmin an həyatını gülməkdən itirib.
1989-cu ildə danimarkalı həkim Ole Bentzen kinoteatrda “Vanda adlı balıq” komediyasına baxarkən zalda gülməkdən ölüb.
Şotland yazıçısı və tərcüməçi Tomas Urkuhart hakimiyyətə II Çarlzın qayıtdığını eşidərkən gülməkdən ölüb.
Başqa bir hadisə isə 1975-ci ildə Aleks Mişel adlı birinin başına gəlib. Deməli o, “ Kan Fu tayfaları “ adlı filmin 5-ci epizodunu izləyərkən düz 25 dəqiqə dayanmadan gülmüşdü. Şiddətli gülməkdən vəfat edən mərhumun həyat yoldaşı, ərinin son dəqiqələrinin bu cür şən keçməsinə görə həmin şirkətə öz minnətdarlığını bildirib.
Gülüşdən ölmək infarktın bir növüdür, amma bütün qəhqəhələr faciəli deyil. Gülmə təzyiqi aşağı salır, stresi azaldır və yaddaşı gücləndirir.
/anspress/