1 Mart 2019 13:20
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

Teleqraf.com-un məlumatına görə, yarmarkaya gələn vətəndaşlara respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif ediləcək.

Yarmarka martın 2-dən 16-dək həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün şəhərimizin sakinlərinə xidmət göstərəcək.

Yarmarka Nərimanov rayonu, “Gənclik” metro stansiyasının çıxışında yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər